Pərvizlə Türkan canlı yayımda ŞOK yaşadı: Masanın üzərinə uzanıb, sonra göyə qalxdılar - VİDEO

Pərvizlə Türkan canlı yayımda ŞOK yaşadı: Masanın üzərinə uzanıb, sonra göyə qalxdılar - VİDEO
04 Fev 2020 15:00


Xəzər TV-də yayımlanan “Hər Şey Daxil” səhər şousunda maraqlı olaylar baş verib.

Realpress.az xəbər verir ki, proqramda qonaq olan populyar müğənnilər Pərviz Bülbülə və Türkan Vəlizadə canlı yayımda həyəcan dolu anlar yaşayıblar.  

Verilişdə daha bir qonaq sehrbaz Anar Əliyev hər iki müğənnini ayrı-ayrılıqda sehri ilə göyə qaldırıb. Sehrinin gücünü nümayiş etdirmək üçün Anar öncə Türkanı kiçik masanın üzərinə uzandırıb. Daha sonra onun üzərini qara rəngli şalla örtüb. Əl hərəkətləri ilə Vəlizadəni masanın üzərindən göyə qaldıran sehrbaz hamını sözün əsl mənasında heyrətləndirib.

Daha sonra eyni sehri Anar Pərviz üzərində icra etmək istəsə də, o, razı olmayıb. Proqramın aparıcısı Tarix Əliyevin (Tolik) inadı ilə Bülbülə masaya dəvət edilib. Sehrbaz Pərvizi masaya uzandıraraq Türkan kimi onun üzərini şalla örtüb və havaya qaldırıb. Gördüklərindən təəccübünü gizlədə bilməyən verilişin aparıcısı əlini Pərvizlə masa arasında olan məsafəyə aparıb. Beləcə, həqiqətən də hər iki məşhurun heç bir gücün köməyi olmadan havaya qalxmasını sübüta yetirib.

Sehr bitdikdən sonra isə P.Bülbülə masanın üzərindən durmaq istəməyib. 

Rəşad Əliyev

8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.