Bayramınız mübarək

Bayramınız mübarək
17 Mar 2020 10:59

Bu gün Azərbaycanda Novruz bayramının sonuncu, yəni Torpaq Çərşənbəsi qeyd olunur. 

Bölgələrdə bu, sonuncu çərşənbə olduğu üçün İlaxır Çərşənbə adı ilə də tanınır. 

Qeyd edək ki, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür. Eyni zamanda iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.  

Beləliklə, bu il 20-28 mart tarixlərində (9 gün) iş olmayacaq. 


23 Mar 2020
Mədəniyyət

Əbülfəs Qarayev: Virtual layihələr də artıq hər kəs üçün əlçatandır

 nazir müraciətində bildirib ki, bu günlər dünyanı cənginə almış koronavirus (COVİD-19) infeksiyası ilə bağlı, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da həyati önəm kəsb edən addımlar atılır.

23 Mar 2020
Mədəniyyət

“Gülüstan” sarayının memarı vəfat etdi

Azərbaycanın Əməkdar memarı, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Nazim Hacıbəyov bu gün vəfat edib.

23 Mar 2020
Mədəniyyət

Azərbaycanda muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylər 2020-ci ilin aprel ayının 29-dək ziyarətçilər üçün bağlanılıb.

19 Mar 2020
Mədəniyyət

İlin ən yaxşı Novruz layihəsi adına iddialı film-konsert üzərində işlər yekunlaşıb

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin ilin ən yaxşı Novruz layihəsi adına iddialı bayram film-konserti üzərində işlər başa çatıb. 

17 Mar 2020
Mədəniyyət

Bakıda keçirilməli olan “Böyük Dəbilqə” turniri mayda baş tutmayacaq

Bakıda keçiriləcək “Böyük Dəbilqə” (Grand Slam) yarışı barədə qərar verilib. 8-10 may tarixlərində təşkil olunması planlaşdırılmış ənənəvi cüdo turniri təxirə salınıb.