İlham Zəkiyev, Hacı Əliyev, Rəsul Çunayev, Ruslan Abışov komissiya üzvü oldu

İlham Zəkiyev, Hacı Əliyev, Rəsul Çunayev, Ruslan Abışov komissiya üzvü oldu
18 Mar 2020 17:36

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idmançılarımızla əməkdaşlığı tam yeni müstəviyə çıxararaq, İdmançılar Məsləhətçi Komissiyasını təsis edib.

realpress.az xəbər verir ki, ölkə idmanının müxtəlif sahələrindən idmançıları özündə cəmləşdirən komissiyanın əsas məqsədi AMADA-nın fəaliyyətində idmançıları təmsil etmək, onların hüquqlarının müdafiəsinə və təmiz idmanın təşviqinə aid məsələlər üzrə məsləhətlər verməkdir.  

Tərkibi təsdiqlənən komissiya 12 idmançıdan ibarətdir. Qeyd olunan idmançıların 10-u respublika idman federasiyaları tərəfindən irəli sürülən namizədlər, ikisi isə açıq elan əsasında üzv olmaq istəyən idmançılar arasından seçilənlərdir.

Seçim zamanı ədaləti və təmsilçilikdə fərqliliyi təmin etmək məqsədilə, gender bərabərliyinin və müxtəlif yaş qruplarını təmsil edən idmançılar arasında tarazlığın qorunması prinsiplərinə əməl olunub. İdmanın müxtəlif sahələrinin nümayəndələrinin təmsil olunduğu İdmançılar Məsləhətçi Komissiyasının tərkibini aşağıdakı idmançılar təşkil edir:

Açıq elan əsasında üzv seçilən idmançılar

İlham Zəkiyev – Para-Cüdo 

Hacı Əliyev – Güləş 

Respublika idman federasiyaları tərəfindən seçilən idmançılar

Rəsul Çunayev – Güləş

Fəridə Əliyeva – Karate   

Fuad Qurbanov – Atıcılıq   

Aynur Məmmədova – Para-Taekvando 

Nazim Babayev – Atletika 

Ayan Xankişiyeva – Velosiped 

Siyana Vasilyeva – Gimnastika 

Kamran Şahsuvarlı – Boks   

Rüstəm Orucov – Cüdo   

Ruslan Abışov – Futbol   

Qeyd edək ki, komissiya tərkibində bütün idman sahələrinin ədalətli və bərabərhüquqlu təmsilçiliyini təmin etmək məqsədilə mütəmadi rotasiyalar aparılacaq.

6 May 2024
İdman

Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq

Mayın 9-12-də Serbiyanın Novi Sad şəhərində keçiriləcək sambo üzrə böyüklər, gənclər və yeniyetmələr arasında Avropa çempionatı və birinciliklərində Azərbaycan 22 idmançı ilə təmsil olunacaq.

6 May 2024
İdman

Azərbaycan idmançıları Rusiyada üzgüçülük üzrə turnirdə doqquz medal qazanıblar

Azərbaycan üzgüçüləri Rusiyada Universitetlər arasında keçirilən “Rektor Kuboku” yarışlarında yüksək nəticələr göstəriblər.

6 May 2024
İdman

Azərbaycan komandası Bakıda keçirilən Avropa kubokunda bürünc medal qazanıb

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Avropa kubokunda bürünc medal qazanıb.

6 May 2024
İdman

Futzal üzrə Çempionlar Liqasının qalibi müəyyənləşib

Futzal üzrə Çempionlar Liqasının 2023/2024 mövsümünün qalibi müəyyənləşib.