Yayın əsas hadisəsi “Jara-2020” beynəlxalq musiqi festivalı koronavirus pandemiyası səbəbi ilə təxirə salınıb.
realpress.az xəbər verir ki, bu barədə festivalın əsas təşkilatçısı, Xalq artisti Emin Ağalarov sosial media hesabında video müraciət yayımlayıb.
Video müraciətdə deyilir:
“Əziz dostlar, böyük təəssüf hissi ilə koronavirus pandemiyası və onun dünyada möhtəşəm tədbirlərin keçirilməsində yaratdığı çətinliklər üzündən Bakıda keçiriləcəyi planlaşdırılan “Jara” beynəlxalq musiqi festivalını 2021-ci il iyulun 28-dən avqustun 1-dək təxirə salmağa məcburuq.
Konsert proqramı və qonaq sənətçilərin adları dəyişilməyəcək. Üstəlik, bir çox xoş sürprizlər və gözlənilməz ulduzların iştirakı olacaq. Bu il alınan bütün biletlər gələn il etibarlı olacaq! 2021-ci ildə biletlərin qiymətində dəyişikliklər olsa da belə, əlavə ödəniş tələb olunmayacaq”.
Məşhur müğənninin konserti təxirə salınıb.
Türkiyənin məşhur müğənnisi Mustafa Sandal Bakıya gəlib.
Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək.