Azad Rəhimov: “Bu, sizin diqqətdən uzaq olmanız demək deyil”

Azad Rəhimov: “Bu, sizin diqqətdən uzaq olmanız demək deyil”
01 İyul 2020 15:55


“Heç nə sizinlə ünsiyyətə mane ola bilməz”.

realpress.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov bu gün İsmayıllı, Cəbrayıl, Ağdam, Qəbələ, Şəmkir, Mingəçevir, Bərdə, Quba, Şamaxı, Lənkaran, Ağcabədi, Siyəzən, Masallı, Gəncə, Göyçay, Lerik, Şəki və Sabirabad rayon və şəhərlərindən olan yeniyetmə və gənclərlə onlayn görüşündə deyib.

Görüşün əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrində yaşayan, idmanla məşğul olan uğurlu gənclərin dövlət tərəfindən daim diqqət mərkəzində olduqlarını göstərməklə bərabər, onlarda idmana, təhsilə marağı daha da artırmaq, karantin dönəmində evdə qaldıqları müddətdə idmandan uzaq düşməmələrinə dəstək olmaqdır.

Yeniyetmələrlə görüşündə Azad Rəhimov bildirib:

“Heç bir şərait sizinlə ünsiyyətə mane ola bilməz. Bu gün müxtəlif beynəlxalq yarışlarda Azərbaycanın bayrağını zirvələrə ucaldan müxtəlif idman növləri üzrə milli yığma komandaların üzvləri üçün qapalı şəraitdə məşqlərini davam etdirmələri məqsədi ilə hər bir şərait yaradılıb.

Amma əfsuslar olsun ki, yeniyetmələr, gənclər bu gün zallara, idman qurğularına gedib, məşq edə bilmirlər. Bu, sizin diqqətdən uzaq olmanız demək deyil.

Bu gün mən sizi dinləmək, asudə vaxtınızı necə keçirdiyinizi, idmanla necə məşğul olduğunuzu bilmək istəyirəm”.

8 May 2024
İdman

Azərbaycan və Türkiyə milliləri üz-üzə gəliblər - VİDEO

Builki Avropa Amputant Futbol Çempionatına hazırlıqlarını davam etdirən seçmə komandalar yoldaşlıq görüşü keçiriblər.

8 May 2024
İdman

Qadın boksçulardan ibarət Azərbaycan millisi Almatıda hazırlıq keçəcək

Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb. Seçmə komanda Almatı Olimpiya Hazırlıq Mərkəzində təlim-məşq toplanışı keçəcək.

8 May 2024
İdman

Azərbaycan Kubokunun qalibi bəlli oldu

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.

6 May 2024
İdman

Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq

Mayın 9-12-də Serbiyanın Novi Sad şəhərində keçiriləcək sambo üzrə böyüklər, gənclər və yeniyetmələr arasında Avropa çempionatı və birinciliklərində Azərbaycan 22 idmançı ilə təmsil olunacaq.