“Müqəddəs alman Lüteran kilsəsi” barədə çarx hazırlanıb - VİDEO

“Müqəddəs alman Lüteran kilsəsi” barədə çarx hazırlanıb - VİDEO
19 Yan 2021 09:31


Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində “Müqəddəs alman Lüteran kilsəsi” barədə videoçarx hazırlayıb.

Nazirlikdən verilən məlumata görə, xilaskar kilsəsi kimi tanınan Bakıdakı alman lüteran kilsəsi 1896-1899-cu illərdə alman memar Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edilib.

Kilsənin 21 mart 1896-cı ildə baş tutan təntənəli təməlqoyma mərasimində Bakı qubernatoru Pavel Lileyev və bələdiyyə başçısı İretskiy də iştirak edib. Kilsə, Nobel qardaşları da daxil olmaqla dindarların ianələri əsasında inşa edilib.

15 mart 2010-cu ildə kamera və orqan musiqisi zalı binasının tarixi-memarlıq abidəsi və mədəniyyət ocağı kimi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev binanın bərpası haqqında sərəncam imzalayıb. Bir il ərzində davam edən restavrasiya işlərindən sonra 30 dekabr 2010-cu ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kilsə binasının açılışında iştirak ediblər.

Azərbaycan mütəxəssisləri tərəfindən həyata keçirilmiş əsaslı təmir və bərpa işləri binanın özünəməxsus orijinal üslubunu, qədim tarixi memarlığını qorumaqla həyata keçirilib.

8 May 2024
Dünya

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb - VİDEO

Braziliyanın cənub əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 95-ə çatıb.

8 May 2024
Dünya

Ukraynada həyəcan: Rusiyanın raketdaşıyan gəmiləri Qara dənizə daxil olub

Uzun fasilədən sonra Rusiyanın raketdaşıyan gəmiləri yenidən Qara dənizə daxil olub.

8 May 2024
Dünya

Avro ucuzlaşdı, lirə bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

8 May 2024
Dünya

İranda nəhəng qum fırtınası - VİDEO

İranın şimal şərq ərazilərində nəhəng qum fırtınası meydana gəlib.

8 May 2024
Dünya

ABŞ-də birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı - VİDEO

ABŞ-də idarəsi üçün pilot lisenziyası tələb olunmayan birnəfərlik “Helix” elektrik təyyarələrinin satışına başlanılıb. Onunla ancaq aeroportlardan kənarda uçuşlara icazə verilir.