Prezident “İskəndər” raketinin niyə gec tapıldığının səbəbini açıqladı

Prezident “İskəndər” raketinin niyə gec tapıldığının səbəbini açıqladı
13 Apr 2021 11:57


Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransında Şuşaya atılan “İskəndər-M” raketləri barədə danışıb. 

realpress.az-ın məlumatına görə, Prezident deyib ki, “İskəndər” raketinin tətbiqi Azərbaycan üçün gözlənilməz oldu. 

“Ermənistanın baş naziri deyəndə ki, “İskəndər” raketi atılıb və onun yalnız 10 faizi partlayıb, hamı ona gülürdü. Mən fevral ayında deməmişdim ki, onlar bunu etməyiblər. Mən demişdim ki, onu (“İskəndər” raketini)  aşkarlamamışıq. Bunlar ayrı-ayrı şeylərdir”, - deyə Prezident əlavə edib. 

Dövlət başçısı daha sonra bildirib: 

“Keçmiş prezident, müharibə cinayətkarı, əli Xocalı qurbanlarının qanına batan Serj Sarqsyan Paşinyanı ittiham edirdi ki, “İskəndər” raketləri Azərbaycanın boru kəmərlərinə niyə atılmayıb. Ermənistanın baş qərargah rəisi “İskəndər”in atıldığını deyirdi. Onlar bununla bağlı video göstərirdilər. Mən tapşırıq verdim ki, məsələ araşdırılsın və biz onu tapdıq”. 

İlham Əliyev qeyd edib ki, Azərbaycanın niyə əvvəl “İskəndər” aşkarlamamasının səbəbini də açıqlayıb: 

“Şuşada qar idi, yanvarda, fevralda ora qar idi. Qar əriyəndən sonra o tapıldı”. 

Prezident qeyd edib ki, Azərbaycan “İskəndər” raketinin qalıqlarını tapdıqdan sonra Ermənistanın baş qərargah rəisi məsələyə şərh verməkdən boyun qaçırmasına toxunub: 
“Biz bunu necə başa düşək? Ya “hə” ya da “yox” deyilsin”. 


26 Apr 2024
Siyasət

24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO

24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, keçmiş Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təqdim olunan bir parça daş Ağdam Cümə məscidinə qaytarılıb.

25 Apr 2024
Siyasət

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

25 Apr 2024
Siyasət

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

25 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.