Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb
18 Apr 2024 14:43

Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

APA xəbər verir ki, Memorandumu Azərbaycan Milli Məclisi adından Sahibə Qafarova, Yeni Kaledoniyanın Konqresi adından isə Rok Vamitan imzalayıb.

Sənədə görə, Azərbaycan Milli Məclisi Yeni Kaledoniya xalqının öz müqəddəratını təyinetmə hüququnu nəzərə alır və mövzu ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandıracaq.

Bundan başqa, Memoranduma əsasən, Azərbaycan və Yeni Kaledoniya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi naminə tərəflər parlamentlərarası əməkdaşlığı inkişaf etdirəcək, qanunvericilik orqanlarının komissiyaları, komitələri və orqanları arasında daimi əlaqələrin yaradılmasına köməklik göstərəcək, həmçinin parlament və beynəlxalq fəaliyyət təcrübələrinin öyrənilməsi və bölüşülməsi məqsədilə parlament üzvlərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təşkil edəcək, parlamentlər arasında əməkdaşlıq üçün deputatlardan ibarət müvafiq qrup yaradılacaq, qanunvericilik aktlarının hazırlanması və qəbuluna, eləcə də parlamentlərarası əməkdaşlığa dair təcrübələr barədə bir-birini məlumatlandıracaq, öz fəaliyyətləri ilə bağlı hüquqi və digər məlumatları biri-biri ilə paylaşacaq, Azərbaycanla Yeni Kaledoniya arasında beynəlxalq parlament arenasında əməkdaşlığın müxtəlif istiqamətlərinin araşdırılması, nəzərdən keçirilməsi, inkişaf etdirilməsi və həyata keçirilməsi üçün fəal səylər göstərəcək, qanunvericilik orqanlarının səmərəli fəaliyyətinə müsbət töhfə verə biləcək təcrübə mübadiləsi aparılması məqsədilə Azərbaycan Milli Məclisinin Aparatı ilə Yeni Kaledoniya Konqresinin Bürosu arasında daimi əlaqələr yaradılmasına dəstək verəcəklər.

Sənəddə o da qeyd olunur ki, Əməkdaşlıq haqqında Memorandumun məqsədlərinin həyata keçirilməsi üçün müntəzəm görüşlər təşkil ediləcək.


30 Apr 2024
Siyasət

Türkiyədə Azərbaycan hərbçilərinin qatıldığı hərbi təlimlər keçirilib

Türkiyənin Marmaris şəhərində "Kurtaran-2024" hərbi təlimləri keçirilib.

30 Apr 2024
Siyasət

Fransa səfiri Azərbaycana qayıdıb

Fransa səfiri Ann Buayon Azərbaycana qayıdıb.

30 Apr 2024
Siyasət

Mayın ilk gününün havası açıqlanıb

Mayın ilk günü ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

30 Apr 2024
Siyasət

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Pakistan İslam Respublikasının MUSLİM İnstitutunun direktoru, Cunaqad Ştatının Baş naziri Sahibzadə Sultan Əhməd Əlini qəbul edib.

30 Apr 2024
Siyasət

Azərbaycanla Çin arasında əməkdaşlıq müzakirə olunub - FOTO

Azərbaycanda səfərdə olan Çinin Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanminlə Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşüb.