Bakirəliyini satışa çıxaran azərbaycanlı qız:Ən yüksək qiymətlə razılaşacam

Bakirəliyini satışa çıxaran azərbaycanlı qız:Ən yüksək qiymətlə razılaşacam
12 Okt 2018 14:54

Məşhur eskort saytlarının birində bakirəliyini satışa çıxarması xəbəri ilə mətbuatın gündəmini alt-üst edən azərbaycanlı model Məhbubə Məmmədzadə A24.az-a maraqlı müsahibə verib.

Realpress.az həmin müsahibəni təqdim edir:

– Məhbubə xanım, necə oldu ki, model olmağa qərar verdiniz?

– Balacalıqdan model olmaq istəyirdim. Bu, xaricdə- ərəb ölkəsində yaşadığım üçün alınmırdı. Sonra Azərbaycana gəlib, universitetə daxil oldum. Burada model agentliklərindən birinə müraciət etdim və məndə alındı. Mən peşəkar modeləm. Heç bir gözəllik müsabiqəsində iştirak etməmişəm.

– Sizcə, modellik Azərbaycanda hansı səviyyədə inkişaf edib?

– Azərbaycanda modellərin vəziyyəti bütün dünyadan kənardı. Modelə oxşamayanlar özünü model adlandırır. 1.60 boyu var, özünə model deyir. Azərbaycanda dünya səviyyəsində model agentlikləri yoxdur. Onlar ölkədən kənarda heç bir fəaliyyət göstərə bilmirlər. Bakının öz aləmi üçün model agentlikləri var. Xaricdə hər şey tamam başqa cürdür.

– Hazırda Azərbaycanda yaşayırsınız, yoxsa sadəcə gəzməyə gəlmisiniz?

– Azərbaycanda yaşayıram. Sadəcə, işimlə əlaqədar, müqavilələrim olduğu üçün çox vaxt səfərlərdə oluram. Mən heç bir ölkədə qala bilmirəm.

– Son günlər mətbuatın gündəmini zəbt edən xəbər- bakirəliyinizi satışa çıxarmağınızla bağlı nə deyə bilərsiniz?

– Bu, mənim fikirimdə çoxdan var idi. Yanvardan buna qərar verdim. Bizim media sadəcə, yeni xəbər tutub.

– Buna görə sizi qınayanlar oldumu?

– Olsa da, olmasa da mənə fərqi yoxdur. Öz həyatımdır, özüm bilərəm. Heç kimin həyatına qarışmıram, heç kim də mənim həyatıma qarışmasın. Hərracda "satış” davam edir. Təklifləri mən almıram. Təkliflər gəlir. Bununla maraqlanan insanlar təklifləri alır. Hərrac bitməyib. Bu, 5 günlük bir iş deyil. Ən yüksək qiymətlə razılaşsam, baş verəcək, razılaşmasam yox.



5 May 2020
Müsahibə

Həkim COVİD-19-a yoluxanlar barədə danışır: “Nəfəs darlığı və gözlərdə qorxu” - MÜSAHİBƏ

 Onlardan biri aprelin 15-dən 30-dək koronavirus infeksiyası olan pasiyentlərə xəstəliyi məğlub etməyə kömək edən neyrocərrah İsmayıl Qarayevdir.

27 Mar 2020
Müsahibə

Nyu-Yorkda koronavirusa yoluxan azərbaycanlı gənc: “Sağaldığım üçün çox xoşbəxtəm” - MÜSAHİBƏ

Bu gün ABŞ koronavirus xəstələrinin sayına görə birinci yerdədir. Xəstəlik ABŞ-ın 50 ştatının hamısına yayılıb.

19 Mar 2020
Müsahibə

Ölkəmizdə bu problemi yaşayanların 99 faizi qadınlardır - MÜSAHİBƏ

Son zamanlar dünyada, o cümlədən Azərbaycanda artıq çəkidən əziyyət çəkən insanlar ən radikal üsula əl ataraq, mədəkiçiltmə əməliyyatına gedirlər. Bəs bunun yan təsirləri, zərərli tərəfləri varmı?

19 Mar 2020
Müsahibə

“Bunu qiyamətin əlaməti saymaq...” – Hacı Şahin Həsənli ilə müsahibə

Məşədi Dadaş” məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli cavablandırıb: