Aqil M.Quliyev kiminlə evlənir? — MÜSAHİBƏ

Aqil M.Quliyev kiminlə evlənir? — MÜSAHİBƏ
26 Noy 2018 12:40

Tanınmış rejissor Aqil M.Quliyev "Xəzər" televiziyasında yayımlanan ""X" maqazin" verilişinə müsahibə verib.

Realpress.az həmin müsahibəni yazılı şəkildə təqdim edir.

- Bu səsdən bir də olacaq?

- Yəqin ki, olar. Şükür Allaha, bu saat on nəfər tanıyıram ki, bu səsi müxtəlif metodlarla ifraz edir (gülür). Mən onlara ad qoymuşam-"kitayski Aqillər".

- Ailə, ev, isti ocaq...Bunlar heç vaxt olmayacaq?

- Bir dönəm onu yaşamışam və yəqin ki, yenə yaşayacağam. Üzü ona doğru gedirəm. İnanmıram ki, biri digərini əvəz edə bilsin. Fikirləşirəm ki, ailəli insan olsam da, böyük bir kabinetim olacaq və orada istənilən vaxt sadəcə susum, heç kimlə ünsiyyətdə olmayım, öz aləmimdə olum. 

- Həyatınızı birləşdirəcək elə bir insan varmı?

- Tapmışam. İndiki məqamda hər ikimiz əminik ki, bu, belədir. Çünki o, çox gözəl başa düşür ki, mən kiməm.

- Aqil evlənməyə hazırdırmı?

- Təbii ki, canımda  bir az qorxu var. İnşallah, görək başımıza nə gəlir.

- İtirdiklərimiz bizi üzür...

- Atam da, qardaşım da mənim qollarımda keçinib. Təsadüf nəticəsində bir insan da gözümün önündə keçindi. İlk dəfə qorxunc gəlsə də, daha sonra sən bunun başqa tərəflərini yaşayırsan, ölümə başqa cür baxırsan.

- Pis əməllərə görə nəyisə qurban etdiniz?

- Bu həyatda nə pislik etmişəmsə, özümə etmişəm. Heç kimin cibinə girməmişəm, heç kimin qabağındakı çörəyi aparıb yeməmişəm, kiminsə gəlininə, yoldaşına göz qoymamışam. 

- Keçmişdə baş verənlərə görə şəxsi həyatınız alınmadı?

- Şəxsi həyatım xarakterimə görə zərər çəkib. İyirmi saatın hamısını insan görməyi sevmirəm, heç ona can atmıram da. Bəzən günlərlə heç kimlə ünsiyyətdə olmuram. Yalnız internet vasitəsilə ünsiyyət qururam. Bir ağzını, bir də qarnını başa düşən insan ən xoşbəxt insandır. Yedim, xoşbəxtəm, doğdum, xoşbəxtəm, o da doğdu, lap xoşbəxtəm (gülür). Bitdi, həyat qurtardı. Elə də xoşbəxt gülümsəyə-gülümsəyə gedir. Həmişə xeyir və şər olub və ola bilsin ki, həmişə şər qalib gəlib. Nağıllar ona görə yaranıb ki, həyatda o haqq-ədalət heç vaxt olmayıb və olmayacaq. Qaranlıq otaqda saxlasalar, buradan çıxanda dünyanın necə rəngarəng olduğunu yenidən hiss edə bilərsən. Heç vaxt nəyisə almaq, nələrsə qazanmaq arzum olmayıb. İmkan olub, almışam, imkan olmayıb, satmışam. Bunlar hamısı gəlib gedən şeylərdir. Biz bilə-bilə ki, bunlar hamısı yetmiş illik sənindir, yenə də yapışmışıq dünyanın malından, bunun ətrafında fəlsəfələr də qurmuşuq ki, mən həyat yaşayıram. Əslində, sən həyat yaşamırsan.



5 May 2020
Müsahibə

Həkim COVİD-19-a yoluxanlar barədə danışır: “Nəfəs darlığı və gözlərdə qorxu” - MÜSAHİBƏ

 Onlardan biri aprelin 15-dən 30-dək koronavirus infeksiyası olan pasiyentlərə xəstəliyi məğlub etməyə kömək edən neyrocərrah İsmayıl Qarayevdir.

27 Mar 2020
Müsahibə

Nyu-Yorkda koronavirusa yoluxan azərbaycanlı gənc: “Sağaldığım üçün çox xoşbəxtəm” - MÜSAHİBƏ

Bu gün ABŞ koronavirus xəstələrinin sayına görə birinci yerdədir. Xəstəlik ABŞ-ın 50 ştatının hamısına yayılıb.

19 Mar 2020
Müsahibə

Ölkəmizdə bu problemi yaşayanların 99 faizi qadınlardır - MÜSAHİBƏ

Son zamanlar dünyada, o cümlədən Azərbaycanda artıq çəkidən əziyyət çəkən insanlar ən radikal üsula əl ataraq, mədəkiçiltmə əməliyyatına gedirlər. Bəs bunun yan təsirləri, zərərli tərəfləri varmı?

19 Mar 2020
Müsahibə

“Bunu qiyamətin əlaməti saymaq...” – Hacı Şahin Həsənli ilə müsahibə

Məşədi Dadaş” məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli cavablandırıb: