Rasim Balayev: “Onlar meymunluqla aktyorluq sənətini səhv salıblar” - MÜSAHİBƏ

Rasim Balayev: “Onlar meymunluqla aktyorluq sənətini səhv salıblar” - MÜSAHİBƏ
02 Avq 2019 17:26

2 avqust Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur.  “Yeni Müsavat”ın əməkdaşı “ söhbətləşib.

Realpress.az “Yeni Müsavat”ın bu münasibətlə Babək”, “Nəsimi”, “Dədə Qorqud” və digər filmlərdə yaratdığı obrazlarla xalqın böyük sevgisini qazanmış, xalq artisti Rasim Balayevlə müsahibəsini təqdim edir:

- Rasim müəllim, milli kinomuzun bugünkü vəziyyətini necə dəyərləndirərdiniz və yaxud necə görmək istərdiniz?

- İstərdim ki, bu gün elə filmlər çəkilsin ki, tamaşaçı ona baxıb ibrət götürsün, ləzzət alsın. Lakin bu gün bu dediyim yoxdur. Bilmirəm, nə olacaq..

- Sizcə, səbəb nədir və nə etmək lazımdır?

- İndi əsas gəncləri yetişdirmək lazımdır. Qocalar öz işlərini görüb getdi. Gənclərin yetişdirilməsi məsələsi ilə ciddi məşğul olmaq lazımdır. Nə qədər ki, peşəkar rejissorlar, operatorlar olmayacaq, bu iş əmələ gəlməyəcək.

- Bildiyim qədər, “Babək” filmi dünyanın 138 ölkəsində nümayiş olunub. Bu gün elə bir filmimiz yoxdur ki, dünyanın heç olmasa 50-60 ölkəsində göstərilsin.

- Yaranmır və səbəbi də bilinmir. Bir daha qeyd edirəm ki, bunun üçün yüksək peşəkarlıq lazımdır, elə-belə söhbətlərlə alınan məsələ deyil.  Vaxtilə Kinematoqrafiya İnstitutu yer verirdi, indi ora gedən yoxdur, çünki ora pulludur. Deyəndə də acıqları gəlir. Bizim institutun rejissor, operator hazırlamağa bazaları yoxdur. Rejissorluğu bitirən şəxslər tutaq ki, iki hissəli film çəkmək istəyir, ona vəsait ayrılmır. İndi qeyri-peşəkar adamlar seriallar və yaxud rejissorluqdan xəbəri olmayanlar film çəkir. Hansı ki, bir müddət əvvələ qədər həmin adamlar toy çəkib. Bunların fərqi var axı.

-Tamaşaçılar da sanki artıq ciddi filmlərə maraq göstərmirlər.

- Çünki tamaşaçıların zövqünü korlayıblar. Boş-boş hır-hırla, söyüşlə, meymunluqla guya ki, film çəkirlər. Onlar meymunluqla aktyorluq sənətini səhv salıblar. Bu sənət deyil, ötəri şeylərdir.

Çox adamlarla söhbət edirəm, onlar bildirir ki, çəkilən yerli seriallara baxmırlar, çünki səviyyəsizlik var. Ona görə də deyirəm ki, peşəkarlıq lazımdır. Bədahətən şeir deyən Aşıq Ələsgər, Əliağa Vahid olub. Amma bədahətən film çəkmək olmaz. Kinonu çəkməyə həm istedad, həm də məktəb lazımdır. Onun montajından tutmuş o qədər dərinlikləri, xırdalıqları var ki, mütləq buna görə məktəb keçməlisən. Yoxsa ki... bir dəfə səhv edib getdim seriala çəkildim. Onda gördüm ki, heç kəs öz işini bilmir. Düşünmüşdüm ki, evdə bekar oturmuşam, gedim çəkilim, mənəvi zövq alım, amma sonra çox peşman oldum . Çünki sənət deyilən bir şey yox idi, elə “basməmmədi”, “xaltura” çəkilişləri idi. Bununla da sənət inkişaf edə bilməz.

- Yəqin ki, elə buna görə sizi uzun illərdir ki, filmlərdə görə bilmirik...

- Bəli, bu məni daxildən çox incidir. Layiqli bir əsər oxuya bilmirəm ki, orada oynamaq, obraz yaratmaq istəyim. Neçə illərdir ki, arxasınca gözümün qaldığı rol olmayıb. Buna görə çox təəssüf hissi keçirirəm. Beləliklə, yazanlar da yoxdur. Bu gün qeyri-peşəkarlar ssenari yazır. Ssenari yazmaq hər adamın işi deyil, bunun üçün kinonu, bu sənəti dərindən bilmək lazımdır.

Kino teatrdan fərqli olaraq mətni sevmir. Kino təsviri sənətdir. Bəzən elə olur ki, heç mətn yazmaq lazım deyil, adi baxışlarla bir neçə dəqiqə tamaşanı ələ almaq olur. Bu gün bu yoxdur.

İndi kimlərsə gedib hansısa şirkətlərdən, sponsorlardan nəsə alırlar və filmin ssenarisinə həmin şirkətlərin mallarının tərifi ilə bağlı epizodlar salırlar. Belə olmaz! Biri var ki, hansısa məhsulun reklamı, biri də var ki, həmin məhsulu filmə salırlar. Məsələn, tez-tez belə bir ssenari ilə rastlaşırıq, bir gəlib deyir ki, “başım ağrıyır”, o birisi də deyir ki, “başın ağrıyırsa filan çayı iç, başının ağrısı kəsiləcək”. Nə var ki, həmin çayın şirkəti 5-10 manat pul verib ki, məhsulu reklam olunsun. Yəni, dediyim budur ki, hər şeyi ucuzlaşdırıblar.

- Bir neçə xarici ölkədə də filmlərə çəkilmisiniz. İndi belə dəvətlər yenə də alırsızmı?

- Bəli, əvvəllər xarici ölkələrdə, o cümlədən Türkiyədə, Almaniyada, Orta Asiyada filmlərə çəkilmişəm. Amma təəssüf ki, bu gün dəvət yoxdur, əlaqələr qırıldı. Doğrudur, onlarda da bu sahədə bəzi problemlər var.

- Yadınızdadırsa, bu yaxınlarda müğənni Afət Fərmanqızı İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlini mahnı kimi ifa etdi. Onun bu addımına ictimai qınaqlar olsa da, dəstək verənlər də çıxdı. Sizin reaksiyanız da sərt oldu...

- Onda təqsir yoxdur ki, onu efirə buraxandadır təqsir. Elə adamları vaxtilə efirə buraxmırdılar. Toy edirsən, get toyda nə istəyirsən, et. Bu gün efirlər “proxodnoy” olub, kim istəyir, nə istəyir, ağzına gələni deyir, danışır, oxuyur. O qız televiziyaların hesabına özünü yaxşı reklam edə bildi. Axı ortalıqda sənət yoxdur, nə etsin? Bu gün özünə yalandan sənətkar deyənlərin sayı çoxalıb. İki mahnı oxuyub, deyir, sənətkaram. O gün Yusif Eyvazov və xanımı Anna Netrobka ilə konsertinə baxdım. Bax sənət, korifey odur. Təsəvvür edin, İtaliyada verdikləri konsertdə bütün zal ayaq üstə ən azı 10 dəqiqə azərbaycanlı ifaçıya əl çalır, alqışlayırdı. Mən opera sənətini dərindən bilmirəm, amma məşhur oxuyanlar var, məsələn, Pavarotti, düşünürdüm ki, o dünyasını dəyişdikdən sonra elə də oxuyan yoxdur. Amma Yusif Eyvazovun ifası möhtəşəm idi, görərdiz ki, o ifası ilə nələr edir.

Amma indi müğənnilər yığışır bir yerə, başlayırlar bir-birinə korifey, sənətkar deməyə. Hansısa yollarla gəlib çıxırlar efirə, sonra da ağzılarına gələni danışırlar. Artıq efiri bazara döndəriblər, hər şeyi ticari ediblər. Beləliklə də tamaşaçıların zövqünü korlayıblar. Həmin zövqləri təmizləmək, inkişaf etdirmək üçün, heç bilirsiz, neçə il lazım olacaq?

- Səhhətiniz, sağlamlığınız necədir?

- Yaşayırıq da... Doğrudur, adam yaşlaşanda hər xəstəlik ortaya çıxır. Hələ ki, dərmanla, müalicə ilə yaşayırıq, buna da çox şükür.

- 6 gün sonra sizin doğum gününüzdür. Bu münasibətlə indidən sizi təbrik edirik. Yeni doğum gününüzdə özünüzə nə arzulayardız?

- Vallah həmişə, cavanlığımda belə öz- özümə deyirəm ki, Allah heç vaxt məni heç kəsə möhtac etməsin, özüm-özümü idarə edə bilim. Nə zaman istəsə canımı alsın, amma bir kimsəyə möhtac olmayım, heç ailə üzvlərimə də. Ölən günə qədər özümü idarə edə bilim. Bir də arabir yaxşı əsər olsun, oynayım və bundan mənəvi zövq alım. Hətta epizod olsun, amma yaxşı rol olsun”. 

25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.