Nyu-Yorkda koronavirusa yoluxan azərbaycanlı gənc: “Sağaldığım üçün çox xoşbəxtəm” - MÜSAHİBƏ

Nyu-Yorkda koronavirusa yoluxan azərbaycanlı gənc: “Sağaldığım üçün çox xoşbəxtəm” - MÜSAHİBƏ
27 Mar 2020 17:24

Bu gün ABŞ koronavirus xəstələrinin sayına görə birinci yerdədir. Xəstəlik ABŞ-ın 50 ştatının hamısına yayılıb.

Yazının yazıldığı ərəfədə ABŞ-da xəstələrin sayı 85749 nəfər göstərilib. Bunlardan 1304 nəfəri ölüb, 1868-i isə sağalıb.

ABŞ-da koronavirusa yoluxanların ən çox cəmləşdiyi Nyu-Yorkda (38977) yaşayan azərbaycanlı Tural Məmmədovla danışa bilib. Bu yaxınlarda, o, koronavirusu təsdiqlənənlər arasında idi. Xoşbəxtlikdən, Məmmədov xəstəliyi dəf edə bilib.

“Hər şey normal mövsümi qrip və ya soyuqdəymə kimi bəsit şəkildə başladı: Boğazda ağrı, quru öskürək yarandı, tədricən temperatur yüksəldi. Bununla yanaşı, bədənimdə zəiflik, əzginlik və şiddətli ağrı hiss etdim”, - deyə o bildirib.

T.Məmmədovun sözlərinə görə, xəstələndiyi ərəfədə Nyu-Yorkda yoluxmuş insanların sayında kəskin artım olub, xəstəxanalar yoluxan insanlarla dolub:

“Növbədə dayandım, həkim məni müayinə etdi, boğazımdan yaxma götürdü. Sonra virusun təsdiqləndiyini bildim. Temperaturumu salmaq üçün iynə vuruldu. Orqanizmimin susuzlaşmasının qarşısının alınması üçün müəyyən dərmanlar verildi və “C” vitamini inyeksiya edildi.

Etiraf edim ki, amerikalılar hadisələrin bu gedişatına hazır deyildilər. İlk əvvəllər hətta kifayət qədər testlər belə yox idi və yalnız ən ağır xəstələr xəstəxanaya yerləşdirilirdi”.

T.Məmmədov bildirib ki, ona sadəcə respirator-maska verilib, özünütəcrid tövsiyə edilərək, müalicə üçün evə göndərilib:

“Təsəvvür edin, mən bu virusa yoluxan iki filippinli ilə kirayədə qalırdım. Bizə qayğı göstərən, yemək verən yox idi. Biz, ümumiyyətlə ərzaqsız qalmışdıq. Heç kimə yoluxdurmamaq üçün isə ən azı iki həftə özünütəcrid lazımdır. Axı biz nə isə yeməli, nə formadasa müalicə almalı idik. İlk həftə bir dostumuz qapımızda yemək qoyurdu. İkinci həftədə isə maska və əlcək taxaraq özümüz evdən çıxmalı olduq. Ümumilikdə, bir həftə ərzində temperaturum 37.5 - 38.0 dərəcə oldu. İkinci həftə vəziyyət nisbətən düzəlir, artıq temperatur 37 dərəcədən yuxarı qalxmır: ancaq boğaz ağrısı və quru öskürək davam edir”. 

Bu müddətdə T.Məmmədov daim zəncəfilli çay içib, “C” və “B” vitaminləri qəbul edib.

“Etiraf edim ki, mən heç vaxt belə ağrı hiss etməmişəm. Elə bil ki, bədənin bütün suyu çəkilir. Boğazda sanki şüşə qırıntıları olur, yaxud iynə batırırlar. Bədən çox ağrıyır. Ancaq əsas ilk həftəyə tab gətirməkdir, sonra vəziyyət yaxşılaşmağa doğru gedir. İndi yenidən yoluxmamaq üçün çox məcbur qalmadıqca evimi tərk etməməyə çalışıram. Deyilənə görə, ikinci dəfə yoluxma halları olub. Bu baş verərsə, yenidən necə tab gətirəcəyimi bilmirəm. Nyu-Yorkda virusa yoluxanlara yardım edənlər çatışmır, heç bir nəzarətin olmaması məni kədərləndirir... Dostlarımdan biri öldü. Həkimlər ona mənzildə özünütəcrid tövsiyə etmişdilər və sonra məlum oldu ki, elə orada dünyasını dəyişib”.

T.Məmmədovun sözlərinə görə, ABŞ-da tibb işçiləri virusun yayın sonuna qədər yayılacağını proqnozlaşdırırlar: “Həqiqi rəqəmlər gizlədilir, testlər, həmçinin xəstəxanalardakı yerlər kifayət etmir. Buna görə insanlara öz mənzillərində təcrid olunmaları tövsiyə edilir. Nyu-Yorkda insanların sayının çox olması vəziyyəti daha da pisləşdirir. Şəhər sözün həqiqi mənasında dolub-daşır”.

T.Məmmədov bildirib ki, indi ölkədə demək olar ki, hər yer bağlıdır. Yalnız böyük marketlər və apteklər işləyir: “Çoxları işlərini itirib və dolanışıq üçün heç bir gəlir yerləri yoxdur”.

Müsahibimin sözlərinə görə, əvvəlcə xəstələndiyi barədə kədərli xəbərlə qohumlarını qorxutmayıb:

“Anamın narahat olmasını istəmirdim. Ancaq sağalma mərhələsində ona söylədim. Bundan sonra, demək olar ki, hər saat mənə zəng etdi. Baş verənlərin fonunda sağalmağımdan ancaq xoşbəxt ola bilərəm”.

“Sağlamlığınızın qayğısına qalın və immunitetinizi möhkəmləndirin, indi bu hər zaman olduğundan daha vacibdir”, - deyə Məmmədov sözlərini yekunlaşdırıb.

25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.